Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Rusiya Ermənistandan pul alıb, amma silah göndərmir – “Bu məsələnin qaranlıq tərəfləri var”

Baxılıb: 782     Tarix: 17-05-2023 14:13   

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın Rusiyaya maliyyə ödəməsi müqabilində sifariş etdiyi silahları ala bilmədiyini deyib. Bu barədə Ermənistan Xarici İşlər nazirinin müavini Mnatsakan Səfəryanın da açıqlaması var. Nazir müavini silahları çatdırmanın ləngiməsinin səbəbləri ilə bağlı sualları cavablandırmayıb.

Politoloq Elxan Şahinoğlu bildirir ki, Rusiya ilə Ermənistan arasında silah tədarükü ilə bağlı qaranlıq məsələlər var. Təhlilçi xatırladır ki, Nikol Paşinyan hakimiyyətə gəlmədən əvvəl keçmiş Prezident Serj Sarkisyan Rusiyadan 200 milyon dollar kredit almışdı ki, Ermənistan elə Rusiyanın özündən hərbi texnika alsın. “Ermənistan hərbi texnikanın alışı üçün Rusiyaya pul ödəyibsə, onda həmin kreditin taleyi necə olub”, - o sual edir.

E.Şahinoğlunun sözlərinə görə, Rusiya İkinci Qarabağ müharibəsinin gedişində Mərkəzi Asiya və İranın hava sahəsi üzərindən Ermənistana kifayət qədər silah və sursat göndərdi ki, bu ölkə Azərbaycana məğlub olmasın. “Bəs bu silah və sursatın pulu necə ödənib və ya ödənibmi? Rusiya hazırda Ukrayna bataqlığının içərisində olduğu halda özünə silah və sursat çatdıra bilmirsə, başqasını təmin etmək iqtidarında deyil”, - təhlilçi vurğulayıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar