Ermənilər Qarabağı kütləvi şəkildə tərk edir - Laçın postundan keçid başladı + FOTO
Baxılıb: 439 Tarix: 05-06-2023 11:48
Qarabağdakı ermənilərin Laçın postundan heç bir maneə olmadan kütləvi şəkildə keçdiyinə dair görüntülər yayılıb. Publika.az xəbər verir ki, bu görüntülər “ermənilər Laçın sərhəd-keçid məntəqəsindən istifadə etməyəcəklər” iddialarını alt-üst etməklə yanaşı, “ermənilər Qarabağı kütləvi şəkildə tərk edir” fikirlərini də önə çıxarıb.
Ermənistan mediası yazır ki, 28 nəfər bir gündə Laçın postundan keçməklə Qarabağdan Ermənistana gəlib.
“Bu şəxslərin geri qayıtması sual altındadır, çünki bir çoxları Qarabağda yaşamaq üçün perspektiv görmür, hətta yeni hərbi toqquşmaların olması qorxusu da var. Ona görə Ermənistana gələnlərin geri qayıdacağı bəlli deyil. Hazırda minlərlə insan Ermənistana gəlmək üçün növbələrini gözləyir”, - deyə erməni mənbələr yazırlar.
Separatçı rejim erməni əhalisinin Qarabağda yaşamasını çətinləşdirən əsas problemə çevrilib. Əhalinin bir qismi bölgəni tərk etmək, digər qismi Azərbaycan vətəndaşlığı altında rahat yaşamaq istəsə də, separatçılar öz mövcudluqlarını qorumaq üçün onların nə getməsinə, nə də Azərbaycana inteqrasiya olunmasına imkan vermir. Bu situasiya fonunda Ermənistana gedən ermənilərin bir daha Qarabağa qayıtmayacağı reallığı ortaya çıxır. Bundan öncə bir çox erməninin Laçın yolundan keçmək imkanı yaranan kimi bölgəni tərk edəcəyinə dair fikirləri sosial platformalarda və mediada yayılırdı. Görünür, getmək istəyənlər ilk imkanda bölgəni tərk edirlər. Azərbaycan erməni əhalisinə azad seçim təqdim edir: ya vətəndaşlığı qəbul edin, ya da istədiyiniz yerə getmək üçün bütün şərait yaradılır.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər