Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı şok etdi

Baxılıb: 7122     Tarix: 08-03-2026 13:58   

Bu yaxınlarda Türkiyədə keçirilmiş rəy sorğusunda Azərbaycan Türkiyənin dostu olan ölkələr sırasında birinci yerdə qərarlaşsa da, rəyi soruşulanların 20 faizi Azərbaycanı düşmən adlandırıb. Onlardan 13 faizi isə hər hansı fikir və ya rəy bildirməyib.

Qanunvehedef.az xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Musa Quliyev APA-ya geniş müsahibəsində deyib.

“Bu rəqəmlər olduqca böyük təəssüf və təəccüb doğurur, lakin eyni zamanda belə bir sual ortaya qoyur: bunlar hansısa anlaşılmazlığın, yoxsa kimlərsə tərəfindən aparılan ardıcıl işin nəticəsidir?

Müşahidələrdən aydın olur ki, Azərbaycan təbliğatında və mətbuatında Türkiyəyə münasibətdə göstərilən həssaslıq heç bir halda Türkiyə təbliğatında və mətbuatında Azərbaycana münasibətdə nümayiş etdirilmir. Azərbaycanı qardaş, dost və müttəfiq ölkə kimi vurğulayan fikirlərə, yazılara nadir hallarda rast gəlmək olar. Tam tərsinə, bir sıra tendensiyalar onu deməyə əsas verir ki, Türkiyədə müxtəlif qruplaşmalar Azərbaycan əleyhinə fəaliyyətlərini bu gün də ardıcıl və açıq şəkildə davam etdirirlər”, - o bildirib.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar