Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Paşinyan: Bizim Müstəqillik Bəyannaməmiz münaqişə bəyannaməsidir

Baxılıb: 6319     Tarix: 19-03-2026 14:49   

“Bizim Müstəqillik Bəyannaməmiz müstəqillik deyil, münaqişə bəyannaməsidir”.

Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinq zamanı söyləyib.

“Bu, Müstəqillik Bəyannaməsi deyil, münaqişə bəyannaməsidir və son nəticədə - asılılıq bəyannaməsidir”, - Paşinyan deyib.

Baş nazir region ölkələrini bir mərtəbədəki mənzillərlə müqayisə edərək bəyannamənin Ermənistanın qonşularına qarşı təhdidlər ehtiva etdiyini bildirib. Onun sözlərinə görə, bu şəraitdə ölkə yalnız xarici dəstək hesabına mövcud ola bilər:

“Xarici yardım gözləntisi isə bu yardımın gözlənildiyi ölkədən asılılığın artmasına səbəb olur. Beləliklə, bizim Müstəqillik Bəyannaməmiz - münaqişə və asılılıq bəyannaməsidir”.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar