Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
21/08/2026 [09:16]
Kuba ABŞ-ni ittiham etdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

Baxılıb: 8134     Tarix: 02-04-2026 13:00   

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin baş nazirlərinin ikinci görüşü keçirilib. TDT nəinki regionda, bütövlükdə bir sıra qlobal məsələlərdə xüsusi mövqeyə malik qurumlardandır.

Qanunvehedef.az  xəbər verir ki, bunu millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

“2.1 trilyon nominal ÜDM-ə malik olan türk dünyası yeni regional əməkdaşlıq modelidir. Kifayət qədər geniş və strateji baxımdan vacib hesab olunan coğrafiyada təşkilat çərçivəsində ünvanlı və sistemli əməkdaşlıq həyata keçirir.

Əgər türk ölkələri vahid iqtisadi blok olsaydı, o zaman alıcılıq qabiliyyəti hesaba alınmaqla ÜDM-in həcminə görə dünyada ən böyük 7-ci ölkə olardı.

Belə ki, türk dövlətlərinin alıcılıq qabiliyyəti (PPP) nəzərdən keçirilməklə ÜDM-i 5 trilyon 476 milyard dollardır. Alıcılıq qabiliyyəti uyğunlaşdırılmaqla isə türk dünyasında adambaşına düşən ÜDM 31 min dollardan çoxdur.

Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir. Türk dövlətləri indiki qədər heç vaxt bu qədər yaxın və birgə olmayıblar. Buna sevinənlər də var, narahat olanlar da”, - deyə Bayramov əlavə edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar