Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Paşinyan həyat yoldaşı ilə barışmaq istəyir

Baxılıb: 8122     Tarix: 23-04-2026 14:36   

Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl Gümrüyə səfəri zamanı keçmiş həyat yoldaşı Anna Akopyanla görüntülənməsinə münasibət bildirib.

Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.

Belə ki, cütlüyün yenidən bir araya gəlib-gəlmədiyi ilə bağlı suala cavab verən Paşinyan bildirib ki, bundan əvvəl Akopyanın verdiyi qərarları şərh edib, lakin, bu, onun həyat yoldaşının qərarı ilə razılaşdığı mənasına gəlmir.

Bununla yanaşı, Paşinyan Anna ilə yenidən bir araya gəlmək üçün səylər göstərdiyini və belə bir fürsətin yarandığından məmnun olduğunu vurğulayıb.

Xatırladaq ki, fevralın sonunda uzun illər vətəndaş nikahında yaşayan N.Paşinyanla A.Akopyanın ayrıldığı məlum olub. Ermənistanın “Hraparak” qəzeti cütlüyün rəsmi ayrılığına illərlə davam edən gərgin münasibətlərin səbəb olduğunu yazıb.


Qanunvehedef.az






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar