Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycanlı zəvvarlar Məkkəyə çatdılar - Fotolar

Baxılıb: 8110     Tarix: 18-05-2026 09:25   

Dünən Həcc ziyarətinə yollanan zəvvarlar Məkkə şəhərinə çatıb.

Qanunvehedef.az xəbər verir ki, bununla bağlı APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

“Ümumilikdə 180 nəfər zəvvar Məkkəyə çatıb. Yarım saat oteldə dincəldikdən sonra Kəbəyə yola düşəcəklər. Orada “Ümreyi Təməttö”nün ehramdan başqa qalan əməllərini yerinə yetirəcəklər. Bununla da ehramdan çıxmış hesab edilirlər. Yəni ərəfə gününədək Kəbəyə gediş-gəliş sərbəst olacaq”, - o bildirib.

V.Cahangiri əlavə edib ki, Qurban bayramından iki gün öncə böyük həcc ziyarəti başlayacaq.

Qeyd olunub ki, üçüncü və dördüncü zəvvar təyyarələri bu gün Azərbaycandan yola düşəcək.



Qanunvehedef.az




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar