Xəbər lenti
19/05/2026 [13:07]
Sabah 28° istiti olacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycana qarşı böhtan - Türkiyə saytının şəri...

Baxılıb: 834     Tarix: 19-05-2026 13:48   

Azərbaycana qarşı dezinformasiya kampaniyasının növbəti dalğasına start verilib.

Demək olar ki, bütün sosial şəbəkə platformalarında “MHA Haber” adı ilə qeydiyyatdan keçən səhifə sistemli qaralama kampaniyası aparır. Məqsəd Türkiyə ictimai rəyində Azərbaycan və azərbaycanlılarla bağlı müsbət qənaəti dəyişməkdir.

Bu prosesdə Türkiyə ictimaiyyətinin həssas olduğu bir mövzudan – Fələstin məsələsindən istifadə edilir.

Qanunvehedef.az Qilobalifo.az-a istinadla xəbər verir ki, “MHA Haber” səhifəsi bu dəfə iddia edib ki, guya Azərbaycan “Avroviziya-2026”da İsrailə 12 xal verib. Təəssüf ki, sosial şəbəkənin Türkiyə seqmenti də bu xəbərin doğruluğunu dəqiqləşdirmədən fakt kimi qəbul edir və tirajlayır.

Nəticədə Fələstin məsələsinə görə İsrailə qarşı barışmaz mövqe tutan şəxslər Azərbaycanı da düşmən kimi görməyə başlayırlar.

Halbuki sadə araşdırma ilə bu xəbərin əsassız olduğunu müəyyənləşdirmək mümkündür: Azərbaycan “Avroviziya-2026”da 12 xalı İtaliyaya verib. 10 xal isə hazırda işğaldan əziyyət çəkən Ukraynaya gedib. Ölkəmizdə on minlərlə yəhudinin yaşamasına baxmayaraq, Azərbaycandan İsrailə minimal – cəmi 4 xal verilib.

Təbii, bu kimi məsələlər dost, qardaş ölkələrin bir-birinə münasibətlərində əsas götürülə bilməz. Lakin görünür, bəlli dairələr Türkiyə ictimaiyyətinin “yumşaq qarnı”nı tapıb və davamlı ora zərbə endirir. Bu sistemli qaralama kampaniyasının qarşısı alınmasa, Türkiyə ictimaiyyətində Azərbaycana qarşı fikirlər mənfiyə doğru kəskin dəyişə bilər. Yuxarıda təqdim etdiyim saxta xəbər artıq 2 milyona yaxın insana çatıb. Şərhlərdə Azərbaycanın, azərbaycanlıların ünvanına tənqid və təhqir məzmunlu ifadələr yazılır.

Hazırda Azərbaycan faktiki olaraq dezinformasiya hücumuna məruz qalıb. Belə bir məqamda qardaş ölkənin Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzini köməyə çağırırıq. İnanırıq ki, rəsmi Ankara daha əvvəl olduğu kimi, bu dəfə də yerli ictimaiyyəti məlumatlandıracaq və faktların təhrifinin qarşısını alacaq.

Azərbaycan hücuma məruz qaldı: Türkiyə köməyə çağırılır


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar