Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı

Baxılıb: 7516     Tarix: 07-06-2026 14:28   

Ermənistanda keçirilən seçkilər zamanı bəzi seçki məntəqələrinə bomba qoyulması barədə kütləvi şəkildə saxta xəbərdarlıqlar yayılıb.

Qanunvehedef.az  “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkə vətəndaşlarının xarici telefon nömrələrinə və elektron poçt ünvanlarına bəzi seçki məntəqələrində bomba qoyulması barədə zənglər və ismarışlar daxil olub. DİN-dən bildirilib ki, hüquq-mühafizə orqanlarının dərhal həyata keçirdiyi operativ tədbirlər nəticəsində bu həyəcan siqnallarının tamamilə yalan olduğu müəyyən edilib.

Nazirliyin yaydığı rəsmi bəyanatda hadisə kibertəxribat kimi qiymətləndirilib:

“Bu cür hərəkətlər normal seçki prosesini pozmaq, cəmiyyətdə təşviş və etibarsızlıq yaratmaq, habelə dövlət strukturlarının işini iflic etmək məqsədi daşıyan hibrid təsir və informasiya-psixoloji təzyiq cəhdləri kimi qiymətləndirilə bilər”.

DİN rəsmiləri polis və hüquq-mühafizə sisteminin vəziyyətə tam nəzarət etdiyini vurğulayaraq, vətəndaşları dezinformasiyalara uymamağa, dəqiqləşdirilməmiş xəbərləri yaymamağa və bu cür şübhəli mesajlar aldıqda dərhal müvafiq orqanlara məlumat verməyə çağırıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar