Xəbər lenti
08/09/2026 [14:47]
TƏBİB-də yeni təyinat
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Baxılıb: 974     Tarix: 08-09-2026 13:22   

"Quardian" qəzetində dərc edilmiş qərəzli məqalə ilə bağlı Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin müşaviri Günel Səlimovanın qəzetin redaksiyasına ünvanladığı cavab məktubu dərc olunub.

Qanunvehedef.az xəbər verir ki, bu barədə  Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi məlumat yayıb.

Məktubda qeyd olunub ki, müəllifin fikirlərinin əksinə olaraq müvafiq film şovinist mövqe ehtiva edir və mövcud reallığı əks etdirmir. Həmçinin keçmiş münaqişədən bəhs edərkən Azərbaycan xalqının yaşadığı faciələr, işğalın humanitar və sosial nəticələri, eləcə də davam edən mina təhlükəsi nəzərə alınmalıdır.

Məktubda keçmiş münaqişənin səbəbinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olduğu və Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etdiyi də nəzərə çatdırılıb.

Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində mühüm irəliləyişlərin əldə edildiyi, Azərbaycan və Ermənistan liderlərinin son görüşlərində sülhün və normallaşmanın artıq konkret nəticələrinin müzakirə edildiyi vurğulanıb. Bu xüsusda iki ölkə arasında ticarət əlaqələrinin bərpası, sərhədlərin delimitasiyası və regional bağlantı layihələrinin müzakirə olunması qeyd olunub.

Azərbaycan tərəfinin diqqətin keçmiş münaqişənin yaratdığı bölünmələrə deyil, regionda sülh, əməkdaşlıq və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində əldə olunan müsbət nəticələrə yönəldilməsinin tərəfdarı olduğu vurğulanıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar