Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Baxılıb: 991     Tarix: 09-11-2026 16:29   

Ermənistan İrana TRİPP layihəsinin həyata keçirilməsinin regionun sərhədlərinin və geosiyasi konfiqurasiyasının dəyişməsinə səbəb olmayacağına dair təminat verib. İrəvan tikinti işlərinin Ermənistan şirkətləri tərəfindən aparılacağını və ABŞ hərbçilərinin həmin ərazidə yerləşdirilməyəcəyini bildirib.

Qanunvehedef.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai deyib.

O qeyd edib ki, İran ABŞ-ın iştirakı ilə həyata keçiriləcək layihənin mümkün nəticələri ilə bağlı narahatlıqlarını dərhal Ermənistanın diqqətinə çatdırıb:

"Tehran nəqliyyat kommunikasiyalarının açılmasını dəstəkləyir. Bununla belə, İran təkid edir ki, bu cür layihələr beynəlxalq səviyyədə tanınmış sərhədlərin və regionun geosiyasi konfiqurasiyasının dəyişməsinə səbəb olmasın. İran hadisələrin inkişafını diqqətlə izləyir. Çünki ABŞ-ın regionda mövcudluğu və işlərə müdaxiləsi daim qeyri-sabitlik və təhlükəsizlik təhdidləri ilə müşayiət olunur".


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar