Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Göygöldə “Opel” maneəyə çırpıldı - 2 yaralı - YENİLƏNİB

Baxılıb: 635     Tarix: 24-05-2018 10:47   

Göygöldə baş verən yol qəzasında xəsarət alanların kimlikləri məlum olub.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə ötən gecə Göygöl şəhərinin Toğanalı kəndi istiqamətində “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılması nəticəsində Gəncə şəhər sakinləri - 1983-cü il təvəllüdlü Səmədov Ramiz Raquf oğlu və 1986-cı il təvəllüdlü Rəhimov Bəxtiyar İsmayıl oğlu müxtəlif bədən xəsarətləri alaraq, Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyəti orta ağır birinki isə kafi qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 
***
 
04:16
 
Göygöldə sürücü və sərnişinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə,  hadisə Göygöl şəhərinin Toğanalı kəndi istiqamətində olan çıxışında baş verib.
 
Hərəkətdə olan “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılması nəticəsində sürücü və sərnişin ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.
 
Faktla bağlı araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar