Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

DİN Şəhidlər Xiyabanında baş verənlərə aydınlıq gətirdi

Baxılıb: 935     Tarix: 14-04-2020 16:27   

Daxili İşlər Nazirliyi (DİN) Biləsuvar Şəhidlər Xiyabanındakı məzar daşlarının boyanması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq vurğulanıb ki, hadisə ilə bağlı Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edilib.
Qeyd olunub ki, məsələ ilə bağlı araşdırma aparılıb: "Dərhal polis əməkdaşları hadisə yerinə gediblər. Araşdırma zamanı müəyyən edilib ki, yağan yağışdan sonra məzar daşlarının üzərində ləkələr qalıb. Dərhal da məzar daşları təmizlənib".
Xatırladaq ki, Biləsuvarda Şəhidlər Xiyabanında məzar daşlarının üzərinin boyanaraq təhqir olunması iddiası ilə sosial şəbəkələrdə videogörüntü paylaşılmışdı.

Qanunvehedef.az



{sape_links}{sape_article}