Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türkiyə vətəndaşlarının olduğu maşın Beyləqanda kanala aşdı

Baxılıb: 358     Tarix: 07-11-2023 10:37   

Beyləqanda içində Türkiyə vətəndaşlarının olduğu avtomobil qəzaya uğrayıb.
Qanunvehedef.az xəbər verir ki, hadisə dünən saat 07 radələrində qeydə alınıb. Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü Murad Kavaklının idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobil Daşburun-Yuxarı Qarabağ yolunda idarəetmədən çıxaraq yeni tikilən beton su kanalına aşıb.
Nəticədə sürücü ilə yanaşı, digər Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü Kamal Çelik, 1995-ci il təvəllüdlü Əmrə Bakıçı və Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Emin Məmmədov xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
Hazırda faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində istintaq davam etdirilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar