Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bakıda iki maşın toqquşub, xəsarət alan var - FOTO

Baxılıb: 705     Tarix: 28-11-2023 09:46   

Bakıda iki avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, avtoqəza Bakı-Sumqayıt yolunda qeydə alınıb.
Belə ki, "Nissan" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək BMW markalı avtomobilə çırpıb.
Qəza nəticəsində avtomobillər deformasiyaya uğrayıb. Hadisədə bir nəfər xəsarət alıb. Yaralı əraziyə çağırılmış təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
İlkin ehtimala görə, qəzanın başverməsinə səbəb BMW markalı avtomobilin sürücüsünün qəfil əyləcdən istifadə etməsi olub.
Əraziyə polis əməkdaşları cəlb edilib. Qəza səbəbindən yolda tıxac müşahidə edilib. YPX əməkdaşları yaranan tıxacın aradan qaldırılması məqsədilə qəzaya uğrayan avtomobillərin yoldan götürülməsini təmin ediblər.
Faktla bağlı araşdırma aparılır.






Qanunvehedef.az



{sape_links}{sape_article}