Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Gürcüstanda ağır qəza - Azərbaycanlılar həlak oldu

Baxılıb: 714     Tarix: 14-05-2026 12:25   

Gürcüstanın Qardabani rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qanunvehedef.az “Aktual.ge” portalına istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında Qardabaninin Birlik kəndində baş verib.

Yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb.

Hadisə nəticəsində 7 nəfər həlak olub, daha bir nəfər isə ağır yaralanıb.

Gürcüstan Daxili İşlər Nazirliyi isə faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq başlanıldığını açıqlayıb. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur.

Qeyd edək ki, APA-nın məlumatına görə, qəzada həlak olanlar azərbaycanlılardır.

Qanunvehedef.az




{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar