Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycanda iş tapa bilməyənlər ən çox bu ölkələrə səfər edir

Baxılıb: 664     Tarix: 11-05-2026 10:46   

2026-cı ilin yanvar-mart aylarında turizm məqsədilə xarici ölkələrə səfər edən işsiz Azərbaycan vətəndaşlarının sayı azalıb.

Qanunvehedef.az Valyuta.az-a istinadla xəbər verir ki, cari ilin ilk 3 ayında xaricə səfər edən işsiz şəxslərin sayı 887 nəfər təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27 nəfər və ya 2,95% azdır. Belə ki, 2025-ci ilin yanvar-mart aylarında bu kateqoriya üzrə xaricə səfər edənlərin sayı 914 nəfər olub.

İşsiz Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkələr arasında Gürcüstan və Rusiya ilk sıralarda yer alıb:

Gürcüstan - 404 nəfər

Rusiya Federasiyası - 173 nəfər

Çin - 56 nəfər

Birləşmiş Ərəb Əmirlikləri - 30 nəfər

Moldova - 25 nəfər

Özbəkistan - 23 nəfər

Belarus - 17 nəfər

Polşa - 17 nəfər

İran - 14 nəfər

Avstriya - 10 nəfər

Hindistan - 7 nəfər

İsrail - 3 nəfər

Niderland - 1 nəfər.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar