Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Yanacağımız tamamilə tükənib”

Baxılıb: 7512     Tarix: 14-05-2026 09:57   

“Kubada yanacaq ehtiyatları tamamilə tükənib”.

Qanunvehedef.az xarici mediaya istinadən xəbər verir ki, bunu ölkənin energetika və dağ-mədən sənayesi naziri Visente de la O Levi deyib.

Kubalı nazir yanacaq çatışmazlığını ölkədə elektrik enerjisinin kəsilməsinin əsas səbəblərindən biri adlandırıb:

“Mazutumuz ümumiyyətlə yoxdur. Dizel yanacağı da tamamilə tükənib. Bizdə yalnız yataqlarımızdan əldə olunan səmt qazı və hasilatı artmaqda olan milli neft qalıb”.

Onun sözlərinə görə, Kuba dekabrdan bəri yanacaq tədarükü əldə etməyib.

Nazir həmçinin vurğulayıb ki, paytaxt Havanada vəziyyət son dərəcə ağır olaraq qalır. Şəhərdə elektrik enerjisində fasilələr sutkada 20-22 saata çatır.

Qeyd edək ki, ABŞ Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirdikdən sonra həmin ölkədən Kubaya neft ixracı dayandırılıb. ABŞ Prezidenti Donald Tramp isə Havanaya yanacaq tədarük etməyə hazır olan istənilən dövlətə rüsum tətbiq etməklə hədələyib. Bununla belə, ABŞ Rusiya neftinin Kubaya çatdırılmasına mane olmayıb. Təxminən 100 min ton xam neft daşıyan “Anatoli Kolodkin” tankeri martın 30-da Kubaya çatıb, lakin əldə olunan yanacaq yalnız aprelin sonuna qədər kifayət edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar