Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Nizami rayonunda yaşıllıqlara aqrotexniki qulluq və abadlıq işləri geniş vüsət alıb

Baxılıb: 817     Tarix: 14-05-2026 11:32   

Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsinə hazırlıqla əlaqədar bütün Bakı şəhərində olduğu kimi Nizami rayonunda da abadlıq işləri geniş vüsət alıb. Bu işlər çərçivəsində rayonun estetik görünüşünün qorunması və ekoloji mühitin yaxşılaşdırılması istiqamətində yaşıllıqlara genişmiqyaslı aqrotexniki qulluq göstərilir.

Bununla yanaşı rayonun park və yol kənarlarındakı dekorativ kol bitkilərinə xüsusi formalar verilir. Yol kənarlarındakı ayırıcı zolaqlarda və gül ləklərində rəngarəng mövsümi güllərin əkilməsi prosesi davam etdirilir. Eyni zamanda, yeni yaşıllıq sahələrinin salınması üçün torpaq qatı yumşaldılaraq əkinə hazır vəziyyətə gətirilir, məhəllədaxili ərazilərdə yeni bəzək kolları və ağaclar əkilir.

Magistral yolların kənarlarındakı ağac və yaşıllıqlar xüsusi təyinatlı texnikalar vasitəsilə mütəmadi suvarılır, ağacların üzərində toplanan tozlar yüksək təzyiqli su şırnaqları ilə yuyulur.

Yaşıllıq zolaqlarının və qazon örtüyünün səliqəli saxlanılması üçün mütəmadi biçin işləri aparılır. Ağacların dibləri qurumuş yarpaqlardan və tullantılardan təmizlənir, bitkilərin sağlamlığının qorunması məqsədilə zərərvericilərə qarşı profilaktik işlər görülür.


Ceyhun Süleymanov









{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar