Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gürcüstandan Azərbaycana gələn yük qatarında YANĞIN OLUB - FOTO

Baxılıb: 7817     Tarix: 14-08-2026 15:43   

Şəmkirdə qatarda yanğın olub.

Qanunvehedef.az APA-ya istinadən xəbər verir ki, Gürcüstandan Azərbaycana gələn yük qatarının bir vaqonunda Şəmkir stansiyası ərazisində yanğın qeydə alınıb.

İlkin məlumata görə, yanğın 35 vaqondan ibarət yük qatarının 15-ci vaqonunda kükürd tozunda tüstülənmə səbəbindən baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Yanğın qısa müddətdə söndürülüb, yanğın baş vermiş və digər vaqonlar mühafizə olunub.

Hadisə yerinə digər aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.


Gürcüstandan Azərbaycana gələn yük qatarında YANĞIN OLUB - FOTOGürcüstandan Azərbaycana gələn yük qatarında YANĞIN OLUB - FOTOGürcüstandan Azərbaycana gələn yük qatarında YANĞIN OLUB - FOTO


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar