Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

"Messi də Neymardan üstün deyil" - Kafu

Baxılıb: 730     Tarix: 27-03-2020 16:45   

Braziliya millisinin sabiq futbolçusu Kafu həmyerlisi Neymarı təriflləyib.

Qol.az xəbər verir ki, o, millinin hazırkı liderini dünyanın ən yaxşısı adandırıb. Keçmiş müdafiəçi hesab edir ki, PSJ-nin hücumçusu ustalıq baxımından "Barselona"nın kapitanı Lionel Messidən də güclüdür. Lakin yığmanın keçmiş kapitanı Neymarda liderlik bacarığının olmadığını bildirib:

"Bacarıq baxımından dünyada heç bir oyunçu Neymardan üstün deyil.  Hətta Messi də. Baxmayaraq ki, argentinalını sevirəm. Neymar meydanda fərqlənməyi bacarır. Məsuliyyəti üzərinə götürməlidir. Onda çatışmayan cəhət liderlik bacarığının olmamasıdır. Neymar Braziliyanın ümididir. O, rəqibin səkkiz futbolçusunu geridə qoymağı bacarır. Bu, Neymarın yadplanetli olduğunu sübut edir".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar