Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Fransa bu səhvinə görə Azərbaycandan üzr istədi

Baxılıb: 567     Tarix: 14-01-2021 12:37   

Fransa Güləş Federasiyası Azərbaycanla bağlı səhvi düzəldib.
Qanunvehedef.az Oxu.az-a istinadən xəbər verir ki, 15-17 yanvar tarixlərində Fransanın Nitsa şəhərində 47-ci dəfə keçiriləcək güləş üzrə turnirdə Azərbaycanla bağlı səhvə yol verilib.
Belə ki, 1924-cü ildə Fransadakı Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə qızıl medal qazanmış Anri Deqlanın şərəfinə keçirilən Qran Pridə təşkilatçılar iştirakçı Azərbaycanın bayrağını loqoda əks etdirməyib.
Bundan xəbər tutan Azərbaycan Güləş Federasiyası dərhal məsələyə reaksiya verib və bu barədə təşkilatçılara iradını bildirib. Nəticədə təşkilatçı olan Fransa Güləş Federasiyası səhvini düzəldərək, loqoya Azərbaycan bayrağını da əlavə edib.
Həmçinin təşkilatçılar Feysbuk hesablarında səhvin siyasətlə bağlı olmadığını bildiriblər və buna görə üzr istəyiblər.
Qeyd edək ki, Azərbaycan millisi ilk dəfə bu turnirdə 2019-cu ildə iştirak edib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar