Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Avroliqada 1/8 finalçılar bəlli olur - YENİLƏNİR

Baxılıb: 743     Tarix: 25-02-2021 13:02   


Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq. Sport24.az xəbər verir ki, qarşılaşmalardan biri ötən gün keçirildiyindən, bu gün 1/8 finala qalan son 15 vəsiqənin sahibi müəyyənləşəcək.

İlk gündə “Tottenhem” İngiltərədə Avstriyanın "Volfsberger" komandasını 4:0 hesabı ilə məğlub edib. İlk oyunda da 4:1 qalib gəlmişə London klubu ilk 1/8 finalçı olub.

“Qarabağ”ın yer aldığı A qrupunun lideri kimi pley-offa yüksəlmiş "Vilyarreal” səfərdə 2:0 hesabı ilə məğlub etdiyi “Zalsburq”la bu dəfə doğma meydanda üz-üzə gələcək. “Makkabi” (Təl-Əviv) isə Ukraynada “Şaxtyor”la münasibətlərinə aydınlıq gətirəcək.

İlk qarşılaşmada heç-heçəyə razılaşan London "Arsenal”ı ilə "Benfika" pandemiya səbəbindən cavab matçını Yunanıstanda keçirəcək. “Milan” evdə “Srvena Zvezda”yla, “Mançeter Yunayted” isə “Real Sosyedad”la qarşılaşacaq.

Avropa Liqası
1/16 finalın cavab oyunları

25 fevral

21:55. “Ayaks” (Niderland) - “Lill” (Fransa) (ilk oyun - 2:1)
21:55. “Şaxtyor (Donetsk, Ukrayna) - "Makkabi” (Təl-Əviv, İsrail) (2:0)
21:55. “Napoli” (İtaliya) - “Qranada” (İspaniya) (0:2)
21:55. "Hoffenhaym" (Almaniya) - “Molde” (Norveç) (3:3)
21:55. “Vilyarreal” (İspaniya) - "Zalsburq” (Avstriya) (2:0)
21:55. “Reyncers” (Şotlandiya) - "Antverpen” (Beçlika) (4:3)
21:55. “Arsenal” (İngiltərə) - “Benfika” (Portuqaliya) (1:1)
00:00. “Brügge” (Belçika) - "Dinamo” (Kiyev, Ukrayna) (1:1)
00:00. PSV (Niderland) - “Olimpiakos (Yunanıstan) (2:4)
00:00. “Bayer” (Almaniya) - “Yanq Boyz” (İsveçrə) (3:4)
00:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Krasnodar” (Rusiya) (3:2)
00:00. “Roma” (İtaliya) - “Braqa” (Portuqaliya) (2:0)
00:00. “Lester Siti” (İngiltərə) - “Slaviya” (Çexiya) (0:0)
00:00. “Milan” (İtaliya) - “Srvena Zvezda” (Serbiya) (2:2)
00:00. “Mançester Yunayted” (İngiltərə) - “Real Sosyedad” (İspaniya) (4:0)

Qanunvehedef.az
шаблоны для dle 11.2



Ən çox oxunanlar