Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

"Qalatasaray" doğma meydanda QƏLƏBƏ QAZANDI

Baxılıb: 558     Tarix: 28-02-2021 11:10   

Fevralın 27-da futbol üzrə Türkiyə çempionatının XXVII turunun ikinci gün qarşılaşmasında "Qalatasaray" doğma meydanda "Ərzurumspor"u qəbul edib.
Qanunvehedef.az xəbər verir ki, qarşılıqlı hücum şəraitində keçən görüşdə "Qalatasaray" qonaqların qapısından iki cavabsız top keçirib. İstanbul təmsilçilərinin qollarını hər ikisini Mustafa Məhəmməd vurub.
Günün digər matçında "Fatih Karagümrük" öz meydanında "Alanyaspor"u məğlub edib – 2:0. "Ankaragücü" isə səfərdə "Hatayspor"a 4:1 hesabı ilə uduzub. "Antalyaspor" – "Başakşəhər" və "Rizəspor" – "Sivasspor" oyunlarında isə qapılara top vurulmayıb.
Tura "Göztəpə" - "Kasımpaşa" və "Trabzonspor" – "Fənərbağça" matçları ilə yekun vurulacaq.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 57 xalla "Qalatasaray" başçılıq edir. İkinci pillədə 54 xala malik olan "Beşiktaş", üçüncü pillədə isə onunla 51 xal toplayan "Fənərbağça" qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXVII turda "Kayserispor" istirahət edir.//Publika.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar