Xəbər lenti
18/04/2024 [12:35]
Sabah 30° isti olacaq
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Güləşçimiz Avropa üçüncüsü oldu

Baxılıb: 496     Tarix: 22-04-2021 12:17   

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Qanunvehedef.az xəbər verir ki, 50 kq-da mübarizə aparan idmançı ukraynalı Oksana Livaçla qarşılaşıb.
Rəqibinə 10:4 hesabı ilə qalib gələn ikiqat dünya və yeddiqat Avropa çempionu adını finala yazdırıb.
Onun həlledici qarşılaşmadakı rəqibi Miqlena Selişka (Bolqarıstan) olacaq.
***
Sərbəst güləşçimiz Osman Nurməhəmmədov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz ilk görüşdə alman idmançı Robin Ferdinand üzərində inamlı qələbə qazanıb. Dörddəbir finalda təmsilçimiz Bolqarıstan güləşçisi Axmed Maqamayevdən üstün olub. Yarımfinala yüksələn güləşçimiz Rusiya təmsilçisi Maqomed Kurbanova məğlub olub. Bürünc medal uğrunda görüşdə ukraynalı Andril Vlasovla qarşılaşan güləşçimiz xalçadan qalib ayrılıb və Avropa çempionatını üçüncü pillədə başa vurub.
Qeyd edək ki, daha əvvəl millimizin üzvlərindən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65 kq) isə bürünc medala sahib olublar.шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar