Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Real”la “Çelsi”dən ilk oyunda heç-heçə

Baxılıb: 612     Tarix: 28-04-2021 12:05   


Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Madrid “Real”ı İspaniyada İngiltərənin “Çelsi” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Komandalar bu oyundan heç-heçə ilə ayrılıblar.

Yarımfinalın digər oyunu sabah PSJ (Fransa) ilə “Mançester Siti” (İngiltərə) arasında baş tutacaq. Cavab qarşılaşmaları 4-5 mayda keçiriləcək.

UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu

27 aprel

Real – Çelsi 1:1
Qol: Benzema, 29 – Pulişiç, 14.
Baş hakim: Denni Makkeli (Niderland).
Madrid. “Alfredo Di Stefano” stadionu.

Real: Tibo Kurtua, Rafael Varan, Eder Militao, Naço, Daniel Karvahal, Marselo, Toni Kroos, Kazemiro, Luka Modriç, Kərim Benzema, Vinisius Juniro.
Çelsi: Eduard Mendi, Tyaqo Silva, Andreas Kristensen, Antonio Rudiger, Ben Çilluel, Sesar Aspilikueta, Nqolo Kante, Jorjinyo, Meyson Maunt, Kristian Pulişiç, Timo Verner.

Qanunvehedef.az




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar