Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Qəbələ" "Səbail"dən üstündü - matçların balansında

Baxılıb: 422     Tarix: 03-05-2021 12:12   

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək. Qanunvehedef.az Sport24.az istinadən xəbər verir ki, “Qəbələ” turun ilk günündə “Səbail”lə görüşəcək.
“Qırmızı-qaralar”ın səfər qarşılaşması iki komanda arasında 17-ci matç olacaq. İndiyədək keçirilən 16 oyunda üstünlük əyalət klubunun tərəfindədir. Belə ki, 8 qələbəsi olan “Qəbələ” 5 görüşdən "sülh"lə ayrılıb və yalnız üç dəfə məğlub olub. Bu üstünlük top fərqində də əksini tapıb – 29:17. Baqali Dabo “Səbail”ə qarşı görüşlərdə hamıdan çox - 6 qola imza atıb.
“Qırmızı-qaralar” Bakı təmsilçisi ilə 14 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 6 qələbə qazanan bölgə təmsilçisi 5 dəfə bir xalla kifayətlənib. “Səbail” 3 oyunda qalib gəlib. 24 qol vuran “Qəbələ” 15 top buraxıb.
Rəqib meydanında 9-cu dəfə “Səbail”lə qarşılaşacaq “qırmızı-qaralar” səfərdə 3 qələbə və 2 heç-heçəyə imza atıb. Digər üç görüşdə meydan sahibləri qalib olub. Bu matçlarda 14 qola imza atan Qəbələ komandası 12 top buraxıb.
Xatırladaq ki, mayın 3-də “ASCO Arena”da keçiriləcək “Səbail” - “Qəbələ” matçı saat 20:15-də başlayacaq.
 
2017/18 mövsümü
17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3
Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60
04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1
Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88
11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0
Stiven Monroz, 59
15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4
Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75
24.02.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1
Vitali Vernidub, 25 (ö.q); Fəhmin Muradbəyli, 57 // Baqali Dabo, 68
15.04.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1
Famussa Kone, 82 // Fəhmin Muradbəyli, 55
 
2018/19 mövsümü
 12.08.2018. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0
Asif Məmmədov, 23; Urfan Abbasov, 63; Ceyms Adeniyi, 82
09.12.2018. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 0:0
10.03.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” –2:1
Ceyms Adeniyi, 49, 55 // Elvin Yunuszadə, 84
27.04.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 2:1
Fəhmin Muradbəyli, 20; Ağabala Ramazanov, 25 // Bəhlul Mustafazadə, 41
 
2019/20 mövsümü
21.09.2019. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:1
Mirabdulla Abbasov, 68 // Rövlan Muradov, 17
09.11.2019. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:0
Davit Volkov, 22, 45+2; Ülvi İsgəndərov, 90+2
16.02.2020. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 3:1
Mirsahib Abbasov, 57; Rauf Əliyev, 70; Hendrik Ekşteyn, 82 (p.) // Nikolas Raysel, 16
 
2020/21 mövsümü
24.10.2020. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1
Yurqen Qoxa, 4 // Hendrik Ekşteyn, 26
24.12.2020. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3
Turan Manafov, 52 // Ülvi İsgəndərov, 20; Asif Məmmədov, 28; Ceyms Adeniyi, 90+3
09.03.2021. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 1:1
Rafael Utriq, 78 // Amil Yunanov, 57

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar