Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

"Barselona" çempionluq şansını itirdi

Baxılıb: 537     Tarix: 17-05-2021 11:40   

Mayın 15-də futbol üzrə İspaniya La Liqasının 37-ci turun oyunları keçirilib.
Qanunvehedef.az xəbər verir ki, turun maraq doğuran görüşləri turnir cədvəlində ilk üç pillədə qərarlaşan komandaların oyunları olub.
“Real Madrid” klubu səfərdə “Atletik Bilbao” komandasını qonağı olub. Görüş Madrid təmsilçisinin minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 68-ci dəqiqədə Naço olub.
Madrid şəhərin digər təmsilçisi, turnir cədvəlinin lideri “Atletik Madrid” öz meydanında “Osasuna” klubunu qəbul edib. Gərgin keçən görüş də madridlilərin qələbəsi ilə yekunlaşıb - 2:1.
Çempionluğa iddialı digər klub “Barselona” öz meydanında “Selta Viqo” komandasını gözlənilmədən məğlub olub. Oyunda hesabı 28-ci dəqiqədə Lionel Messi açıb. On dəqiqə sonra qonaqlar hesaba tarazlıq gətirib. Santi Mina fərqlənib. Fasilədən sonra (89-cu dəqiqədə) S.Mina dublun rəsimləşdirərək komandasına qələbə qazandırıb. Qalan dəqiqələrdə hesab dəyişilməyib.
Beləliklə, bu nəticələrdən sonra aktivində 83 xalı olan “Atletik Madrid” liderliyin qoruyub saxlayıb, 81 xalı olan “Real Madrid” ikinci, 76 xalı olan “Barselona” isə üçüncü yerdə qərarlaşıb.шаблоны для dle 11.2