Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Finalçıların 5 qayğısı

Baxılıb: 660     Tarix: 24-05-2021 11:34   

Bu gün baş tutacaq ölkə Kubokunun final matçında üz-üzə gələcək “Sumqayıt” - “Keşlə” görüşünə tərəflər itkisiz çıxa bilməyəcək. Sport24.az xəbər verir ki, “kimyaçılar”ın 3, paytaxt təmsilçisinin isə 2 qayğısı var.
 
Ayxan Abbasovun komandasında Əli Qurbani, Elvin Bədəlov və Eltun Turabov son anadək zədə səbəbindən məşqlərdən kənar qalıblar. Yalnız son 2-3 məşqə qatılan futbolçuların final görüşündə iştirak edib-erməyəcəyinə dair qərar günorta saatlarında veriləcək.
 
“Keşlə”yə gəlincə, əzələ dartmasından əziyyət çəkən, sonradan komandayla məşqlərə başlayan və son anda yenidən eyni nahiyədə ağrılar hiss edən Moldova yığmasının yarımmüdafiəçisi Yevgeni Koçuk  titul uğrunda görüşdə iştirak edə bilməyəcək. Bundan başqa Kubokun yarımfinal mərhələsinin cavab qarşılaşmasında ikinci sarı vərəqə alan Vüsal İsgəndərli də titul uğrunda həlledici oyunu buraxmalı olacaq.
 
Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü bu gün saat 19:30-da start götürəcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar