Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Badmintonla bağlı proqramın icrasına başlanıldı

Baxılıb: 660     Tarix: 31-05-2021 11:05   

Azərbaycanda ilk dəfə “Shuttle Time” proqramının tətbiqinə start verilib.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, proqram Dünya Badminton Federasiyası ilə birgə əməkdaşlığının nəticəsi olaraq “BWF Membership Grants” layihəsi çərçivəsində gerçəkləşdirilir.
Əvvəlcə Lənkəranda idman müəllimləri üçün 4 günlük təlimlər keçirilib. Təlim iştirakçıları badmintonun nəzəri və praktik biliklərinə yiyələnib. 1 - 4 iyunda Qusar, 8 - 11 iyunda Bakı, 15 - 18 iyunda Sumqayıt və 22 - 25 iyunda Gəncədə “Shuttle Time” proqramı təşkil olunacaq.
Layihənin əsas məqsədi ölkədə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri hazırlamaqdır.
“Shuttle Time” proqramı Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar