Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"Neftçi" ÇL-ə Avropada hazırlaşacaq - ölkə açıqlandı

Baxılıb: 450     Tarix: 07-06-2021 14:05   

“Neftçi" 2021/22 mövsümünə hazırlıq planı müəyyənləşib.
Qanunvehedef.az Sport24.az istinadən xəbər verir ki, hazırlığın ilk mərhələsi iyunun 8-dən 14-dək Bakıda baş tutacaq. Samir Abasovun komandası tibbi baxışdan keçəndən sonra məşqlərə başlayacaq və əsasən fiziki hazırlıq üzrə çalışacaq.
Taktiki və texniki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 16-dan 30-dək Sloveniyada olacaq. Ayın 15-də Türkiyənin İstanbul şəhərinə, orada bir gün qalandan sonra isə Sloveniyaya yollanacaq “ağ-qaralar” Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşacaq. Flaqman bu ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 18-i, 22-si, 25-i və 29-da olacaq. Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında (ÇL) təmsil edəcək “Neftçi”nin I təsnifat mərhələsindəki rəqibi iyunun 15-də keçiriləcək püşkatma mərasimində məlum olacaq.шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar