Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Türkiyəli futbolçular Bakıda dalaşıb

Baxılıb: 674     Tarix: 21-06-2021 11:10   

AVRO-2020 ilə erkən vidalaşan Türkiyə yığmasının düşərgəsində İsveçrə ilə dünənki oyundan əvvəl gərginlik yaşanıb.
Qanunvehedef.az Apasport.az-a istinadən xəbər verir ki, "ay-ulduzlular"ın Bakıdakı son məşqi zamanı iki futbolçu arasında dava düşüb.
Ön xətt oyunçuları Halil Dərvişoğlu ilə Enes Ünal bir epizodun ardından əlbəyaxa olublar. Lakin digər futbolçular cəld müdaxilə edərək onları ayırıb. Halil onu sakitləşdirməyə çalışan Cengiz Ündərlə də mübahisəyə girişib.
Buna qəzəblənən baş məşqçi Şenol Günəş həm Halili, həm də Enesə sərt şəkildə xəbərdarlıq edib. Hər iki futbolçu bu səbəbdən İsveçrə ilə qarşılaşmada meydana çıxmayıb.
Qeyd edək ki, yer aldığı A qrupunda İtaliya (0:3), Uels (0:2) və İsveçrəyə (1:3) məğlub olan Türkiyə millisi sonuncu yeri tutub.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar