Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Avro-2020: İngiltərə və Ukrayna 1/4 finalda

Baxılıb: 497     Tarix: 30-06-2021 11:36   

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Qanunvehedef.az xəbər verir ki, günün ilk matçında İngiltərə və Almaniya yığmaları üz-üzə gəlib.
"Uembli" stadionunda keçirilmiş qarşılaşma ingilislərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 75-ci dəqiqədə Rahim Sterlinq hesabı açıb. 86-cı dəqiqədə isə Harri Keyn fərqi daha da artırıb.
1/8 final mərhələsinə bu gün keçiriləcək İsveç - Ukrayna görüşü ilə yekun vurulacaq. Bu cütün qalibi 1/4 finalda İngiltərəyə rəqib olacaq.
***
Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son matçında İsveç və Ukrayna milliləri qarşılaşıb.
Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. 27-ci dəqiqədə ukraynalı müdafiəçi Aleksandr Zinçenkonun vurduğu qola 43-cü dəqiqədə isveçli yarımmüdafiəçi Emil Forsberq cavab verib.
Əlavə vaxtda skandinaviyalılar azlıqda qalıb. 99-cu dəqiqədə Markus Danielson ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Andrey Şevçenkonun baş məşqçi olduğu kollektiv say üstünlüyündən 120+1-ci dəqiqədə yararlanmağı bacarıb. Qolun müəllifi Artyom Dovbik olub.
Ukrayna millisi 1/4 finalda İngiltərə ilə görüşəcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar