Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Babayevdən uğurlu start, Məlikov məğlub oldu

Baxılıb: 642     Tarix: 05-07-2021 12:17   

Gürcüstanın paytaxtı Tiflisdə yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 30 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb. Boksçularımızdan Fuad Babayev (60 kq) Asen Asenovu (Bolqarıstan) sınağa çəkib. İdmançımız rəqibini 5:0 hesabı ilə məğlub edib. O, səkkizdəbir finalda litvalı Paulius Bublis ilə döyüşəcək. Görüş iyulun 6-na təsadüf edəcək.
Yığmamızın digər üzvü Nadir Məlikov (57 kq) Davide Pasçazionu (İtaliya) ilə qarşılaşmada məğlub olub.
Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar