Xəbər lenti
17/04/2024 [10:41]
Prezident qəbul keçirdi
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Neftçi"ylə ilk - azı daha 6 oyun və Mahir Emrelili "Legiya"

Baxılıb: 525     Tarix: 16-07-2021 13:03   

"Neftçi" Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində Tiflis "Dinamo" səddini aşmasıyla Azərbaycan futbolu tarixində ilkə imza atıb. Qanunvehedef.az Sport24.az istinadən xəbər verir ki, Samir Abasovun komandası bu mövsüm 3 turnirdə - Avropa Liqası və yeni yaranan Konfrans Liqasında da çıxış etmək imkanı qazanıb.
Yəni, hazırkı vəziyyət çempionumuzun iştirakıyla avrokuboklarda azı daha 6 oyun izləmək anlamına gəlir.
"Olimpiakos"a mümkün məğlubiyyət "Neftçi"ni Avropa Liqasının III təsnifat mərhələsinə göndərəcək. Bu turnirdə mövsümün ilk püşkatması iyulun 19-da Bakı vaxtilə saat 15:00-da keçiriləcək. Burda Yunanıstan çempionunun reytinqinin yüksək olması işimizə yarayır. "Kor püşk" zamanı Ermənistan klubunun yer aldığı “Şerif” – “Alaşkert” qarşılaşması istisna olmaqla istənilən cüt təmsilçimizə rəqib ola bilər. Mümkün rəqiblər arasında ən maraqlı variant təbii ki, Mahir Emrelili "Legiya" olacaq.
Avropa Liqası
Çempionlar yolu
III təsnifat mərhələsi

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Omoniya” (Kipr)
“Olimpiakos” (Yunanıstan) – “Neftçi” (Azərbaycan)
“Slovan” (Slovakiya) – “Yanq Boyz” (İsveçrə)
“Kayrat” (Qazaxıstan) – “Srvena Zvezda” (Serbiya)
“Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan)
“Malmö” (İsveç) – HİK (Finlandiya)
“Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya)
“Legiya” (Polşa) – “Flora” (Estoniya)
“Alaşkert” (Ermənistan) – “Şerif” (Moldova)
“Ferensvaroş” (Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva)
ÇL-də mövsümün növbəti püşkatma mərasimi də məhz iyulun 19-da olacaq. Sadəcə, III təsnifat mərhələsinin püşkü 1 saat əvvəl - Bakı vaxtı ilə saat 14:00-da atılacaq.
II təsnifat mərhələsində 10 cütlə yanaşı, yarışa birbaşa qatılan 2 klub - Çexiya “Slaviya” və Şotlandiya “Reyncers” rəqiblərini öyrənəcək. Püşkatma ərəfəsində komandalar səbətlərə bölünüb. Pirey təmsilçisinin əmsalına görə bu cütlük səpələnmişlər sırasında olacaq. Bu isə o deməkdi ki, “Neftçi” mərhələ adlayacağı halda güclü rəqiblərlə qarşılaşmayacaq.
Maraqlıdı ki, Emrelili "Legiya" burda da mümkün rəqibdi. Çünki Varşava təmsilçisinin “Flora” ilə cütü səpələnməmişlər sırasındadır.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Omoniya” (Kipr)
“Slaviya” (Çexiya)
“Olimpiakos” (Yunanıstan) – “Neftçi” (Azərbaycan)
“Slovan” (Slovakiya) – “Yanq Boyz” (İsveçrə)
“Kayrat” (Qazaxıstan) – “Srvena zvezda” (Serbiya)
“Reyncers” (Şotlandiya)
Səpələnməmişlər
“Mura” (Sloveniya) - “Ludoqorets” (Bolqarıstan)
“Malmö” (İsveç) – HİK (Finlandiya)
“Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya)
“Legiya” (Polşa) – “Flora” (Estoniya)
“Alaşkert” (Ermənistan) – “Şerif” (Moldova)
“Ferensvaroş” (Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva)
Avropa Liqasının III təsnifat mərhələsində uğursuzluq Konfrans Liqasının pley-offu deməkdi. Burda rəqiblər Çempionlar yolundan gələnlər - münasib komandalar olacaq və "Neftçi" yenə "səpələnəcək".шаблоны для dle 11.2