Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Konfrans Liqası: "Qarabağ" növbəti mərhələyə vəsiqə qazanıb

Baxılıb: 496     Tarix: 30-07-2021 09:48   

"Qarabağ" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Qanunvehedef.az xəbər verir ki, Ağdam təmsilçisi İsraildə "Aşdod"un qonağı olub. Görüş "köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda qarşılaşmaya erkən qolla başlayıb. 6-cı dəqiqədə Xayme Romeronun sağ cinahdan cərimə meydançasına ötürməsini Filip Ozobiç dəqiq zərbə ilə tamamlayıb. 23-cü dəqiqədə "Qarabağ"ın müdafiəçisi Rahil Məmmədov zədələnərək, meydanı tərk edib. Onun yerinə meydana İsmayıl İbrahimli daxil olub. İlk yarıda başqa qol olmayıb və ağdamlılar fasiləyə minimal hesablı üstünlüklə yollanıb. İkinci hissədə də üstünlük "Qarabağ"ın tərəfində olsa da, hesab dəyişməyib.
Bakıdakı ilk matçda qolsuz heç-heçə qeydə alındığından, səfərdə qazanılan qələbə "Qarabağ"ı III raunda yüksəldib. Ağdam təmsilçisinin növbəti mərhələdəki rəqibi AEL (Kipr) / "Vlajnia" (Albaniya) cütünün qalibi olacaq. "Qarabağ" ilk oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 5 - 12 avqustda olacaq./Reportшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar