Xəbər lenti
06/10/2026 [13:58]
Sabah da yağış yağacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Daha çətin oyun gözləyirdim - Qurban Qurbanov

Baxılıb: 320     Tarix: 01-10-2021 13:05   

Mən daha çətin oyun gözləyirdim. Rəqibi qiymətləndirməmək olmaz. Qarşıdakı matçlarda da bu cür çıxış etməliyik.
Qanunvehedef.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə "Omoniya"ya 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup oyunundan sonra mətbuat konfransında deyib.
Q.Qurbanov futbolçularına təşəkkür edib:
"Yaxşı mübarizə apardıq. Düzdür, ilk hissədə hesabda geri düşdük. Amma futbolçular sonadək mübarizə apardılar. Rəqibə gələcək oyunlarda uğurlar arzulayıram".
Qurbanovun sözlərinə görə, ilk hissədə də kifayət qədər qol imkanları olub:
"Sadəcə, standart vəziyyət zamanı ani diqqətsizlikdən qol buraxdıq. Halbuki oyunçulara daha diqqətli olmağı tapşırmışdıq. İkinci hissədə ruhdan düşmədik, medyana qələbə üçün çıxdıq. İkinci yarı daha sürətli alındı və hücumlarımız kəsərli alındı".



{sape_links}{sape_article}