Xəbər lenti
19/11/2026 [13:35]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Baxılıb: 9116     Tarix: 06-10-2026 11:56   

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin “Apokalipsis” əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb.

Qanunvehedef.az RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb.

1958-1961-ci illərdə hazırlanmış kitabın çəkisi 210 kq-dır. Onun üz qabığı tuncdan hazırlanıb və qiymətli daşlarla bəzədilib. Nəşrin dəyəri bir neçə milyon avro olaraq qiymətləndirilir.

Kitab Vəftizçi İohanın “Vəhy” kitabı əsasında tək nüsxədə nəşr edilib.

Oğurluğun hansı şəraitdə baş verdiyi açıqlanmayıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar