Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda futbol qarşılaşmasında hamını duyğulandıran hərəkət

Baxılıb: 387     Tarix: 04-10-2021 13:35   

Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ" və "Qəbələ" klubları arasında baş tutan qarşılaşmada ibrətamiz epizod qeydə alınıb.
BAKU.WS xəbər verir ki, qonaqların qapıçısı Nicat Mehbalıyev rəqib komandanın fanatlarının olduğu tribunaya yaxınlaşıb. Buna səbəb isə tribunaya asılmış "İmarət tayfa" üzvü olan şəhidin plakatının əyilməsi olub.
"Qarabağ"ın futbolçusunun zərbəsindən sonra top şəhidin plakatına dəyib. Meydandan çıxan topu gətirmək əvəzinə Nicat Mehbalıyev əvvəlcə şəhidin plakatını düzəldib.
"Qəbələ"nin qapıçısının etdiyi bu hərəkət stadiondakı azarkeşləri həm duyğulandırıb, həm də Nicat Mehbalıyevə olan rəğbəti artırıb. Matçdan sonra "Qarabağ"ın azarkeşləri Nicat Mehbalıyevi tribunaya çağıraraq ona təşəkkür ediblər.

Qanunvehedef.azшаблоны для dle 11.2