Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"Mançester Siti"nin oyunundan sonra 2 azarkeş həbs edildi

Baxılıb: 288     Tarix: 17-10-2021 14:38   

İngiltərə polisi "Mançester Siti" və "Börnli" komandaları arasında "Etihad stadionunda" keçirilmiş Premyer Liqanın VIII tur matçından sonra 2 azarkeşi həbs edib.
Qanunvehedef.az "Sky Sports"a istinadən xəbər verir ki, hadisəyə fanatların homofob xarakterli şüarlar səsləndirməsi səbəb olub.
Həmçinin ictimai asayişi pozmaqda və xidmətdə olan polis əməkdaşlarına hücum etməkdə şübhəli bilinən başqa bir tərəfdar saxlanılıb. Hüquq-mühafizə orqanlarından bildirilib ki, matçlar zamanı irqçilik və təhqirə yol verənlərə qarşı qəti tədbirlər görüləcək.
Qeyd edək ki, "Mançester Siti" - "Börnli" oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar