Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rəsul Çunayev üçüncü dəfə tələbə oldu - FOTO

Baxılıb: 296     Tarix: 21-10-2021 10:18   

Güləş üzrə dünya və Avropa çempionu Rəsul Çunayev növbəti ali təhsilini alacaq.
Qanunvehedef.az "qafqazinfo"ya istinadən xəbər verir ki, tanınmış idmançı Dövlət İdarəçilik Akademiyasına qəbul olub.
Bu barədə o, özünün instaqram hesabında yazıb:
"Uşaq olarkən təhsilin əhəmiyyətini anlamadığım vaxtlarda məktəbə getməyi heç sevməz, dərs oxumaq istəməzdim. Amma böyüdükcə anladım ki, təhsilin insan həyatında böyük və mühüm bir rolu var.
Əgər Vətəninə, xalqına xeyirli bir övlad olmaq istəyirsənsə, lazım olan əsaslardan biri də təhsildir. Yəni təhsil, həqiqətən də, bir millətin gələcəyidir.
İndi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsiyəm və təhsil həyatında 3-cü dəfə universitet oxuyacaq bir tələbə kimi demək istəyirəm ki, təhsil almaq üçün heç bir vaxt gec deyil.
Siz də mənim kimi sonradan peşman olmayasınız deyə, verəcəyim ən önəmli tövsiyələrdən biri də budur ki, təhsili öz həyatınızda əhəmiyyətli tutun. Çünki savad hər sahədə lazımlı və vacibdir".
Qeyd edək ki, R.Çunayev bundan öncə AzDBTİA və BDU-da ali təhsil alıb.


Qanunvehedef.azшаблоны для dle 11.2