Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Qəbələ” azarkeşlərinə görə 4 min manat cərimələndi

Baxılıb: 168     Tarix: 21-10-2021 17:10   

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan Premyer Liqasının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Qəbələ” - “Zirə” oyununda “Qəbələ”nin azarkeşləri oyunun rəsmi şəxslərini təhqir etdiyi üçün klub 4000 manat cərimə olunub. Matç bitdikdən sonra “Qəbələ”nin futbolçusu Ehtiram Şahverdiyev “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.
“Sabah” -  “Qarabağ” matçında “Sabah”ın futbolçusu Xulio Sezar Rodriqes “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib. “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar