"Tvente" Bakıya 150 azarkeşlə gələcək
Baxılıb: 879 Tarix: 24-08-2026 15:47

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Tvente" (Niderland) cavab qarşılaşması üçün Bakıya 150-dək azarkeş gətirəcək.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev deyib.
"Tvente" Bakıya sabah gələcək. Niderlanddan 150-dək azarkeşin gələcəyi də gözlənilir", - klub rəsmisi bildirib.
Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















