Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Baxılıb: 913     Tarix: 25-08-2026 10:13   

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyunlarına start veriləcək.

Qanunvehedef.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da həlledici qarşılaşmada meydana çıxacaq.

Bakı təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda İsrail çempionu “Hapoel” (Beer-Şeva) ilə üz-üzə gələcək.

Saat 20:45-də başlayacaq görüşü Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

İlk oyunda səfərdə rəqibinə 1:2 hesabı ilə məğlub olan “Sabah” doğma meydanda bu nəticəni dəyişərək, növbəti mərhələyə yüksəlməyə çalışacaq.

UEFA Çempionlar Liqası

Pley-off, cavab oyunu

25 avqust

20:45. “Sabah” (Azərbaycan) - “Hapoel” (Beer-Şeva, İsrail)

Hakimlər: İştvan Kovaç, Mixay Marika, Ferents Tunyodi, Sabolç Kovaç (Rumıniya)

VAR: Bastian Dankert (Almaniya)

AVAR: Katalin Popa (Rumıniya)

Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 1:2.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar