Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Qarabağ” “Tvente” ilə həlledici oyuna çıxır

Baxılıb: 935     Tarix: 27-08-2026 10:34   

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Qanunvehedef.az xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın “Tvente” komandasını qəbul edir.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Niderlandda oynanılan ilk görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanıb.

Turu keçən komanda Liqa mərhələsinə yüksələcək. Mübarizəni uduzan komanda isə avrokuboklarla vidalaşacaq.

27 avqust

UEFA Konfrans Liqası

Pley-off mərhələsi, cavab oyunu

20:00. “Qarabağ” (Azərbaycan) – “Tvente” (Niderland)

Baş hakim: Rohit Saqqi (Norveç)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 1:0


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar