Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rəşad Sadıqovun 200-cü oyunu

Baxılıb: 8117     Tarix: 31-08-2026 13:44   

Misli Premyer Liqasının 3-cü turu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.

Qanunvehedef.az PFL-in saytına istinadən xəbər verir ki, klub onun rəhbərliyi dövründə çempionatda 200-cü oyununa çıxıb.

Onun yetirmələri bu qarşılaşmada 1:0 hesablı qələbə qazanıblar.

2020-ci ilin yayından “Zirə”yə rəhbərlik edən Sadıqovun yetirmələri 7 mövsüm ərzində 89 qələbə qazanıb, 62 heç-heçə edib və 49 dəfə uduzub. Bu matçlarda 247 qol vuran “Zirə” 187-ni buraxıb.

Qeyd edək ki, R.Sadıqovun bu postda debütü 2020-ci il avqustun 23-ü “Qəbələ” ilə səfər görüşündə (1:1) reallaşıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar