Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Sabah”ın Gənclər Liqasında oyunlarının təqvimi bəlli oldu

Baxılıb: 8210     Tarix: 01-09-2026 15:25   

“Sabah”ın U-19 komandasının UEFA Gənclər Liqasının Liqa mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Qanunvehedef.az xəbər verir ki, Bakı təmsilçisi turnirdə “Mançester Yunayted” (İngiltərə), “Slaviya” (Praqa, Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Vikinq” (Norveç), “Barselona” (İspaniya) və “Vilyarreal”la (İspaniya) qarşılaşacaq.

Çempionlar Liqasının əsas mərhələsində yarışacaq əsas komandadan fərqli olaraq, “Sabah” və digər 35 klub Gənclər Liqasının Liqa mərhələsində 8 deyil, 6 oyun keçirəcək.

 

“Sabah”ın oyunlarının təqvimi belədir:

10 sentyabr: “Mançester Yunayted” – “Sabah”
13 oktyabr: “Sabah” – “Slaviya”
20 oktyabr: “Sabah” – “Borussiya” (Dortmund)
4 noyabr: “Vikinq” – “Sabah”
25 noyabr: “Sabah” – “Barselona”
8 dekabr: “Vilyarreal” – “Sabah”

Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar