“Real” “İnter”ə, “Borussiya” “Vilyarreal”a qarşı - ÇL əsas mərhələsi

UEFA Çempionlar Liqasında əsas mərhələyə bu gün start veriləcək.
Qanunvehedef.az xəbər verir ki, ilk oyun günündə 6 matç keçiriləcək.
Günün mərkəzi qarşılaşması İspaniyada baş tutacaq.
“Real” doğma azarkeşlər önündə İtaliyanın “İnter” komandası ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi I tur
20:45. AEK (Yunanıstan) - LASK (Avstriya);
20:45. “Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə);
23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Vilyarreal” (İspaniya);
23:00. “Portu”(Portuqaliya) – “Mançester Siti” (İngiltərə);
23:00. “Lill” (Fransa) – “Betis” (İspaniya);
23:00. “Real” (İspaniya) – “İnter” (İtaliya).
Xatırladaq ki, I turun digər oyunları sentyabrın 9-10-da baş tutacaq. Azərbaycan təmsilçisi “Sabah” sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”in qonağı olacaq.
Qanunvehedef.az




















