Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İki amil manata təsir edir: devalvasiya ola bilər? - Video

Baxılıb: 287     Tarix: 04-05-2021 15:57   

Azərbaycanda devalvasiyaya heç bir əsas yoxdur.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı iqtisadçı deputat Əli Məsimli deyib.
Əli Məsimli bildirib ki, manata təsir edən iki faktor neftin qiyməti və makroiqtisadi göstəricilərdir:
“Hər iki element devalvasiyaya əsas olmadığını ortaya qoyur. Eyni zamanda büdcədə nəzərdə tutulan neftin qiyməti ilə bu gün neftin real qiyməti manat məzənnəsində çox müsbətdir. Başqa sözlə, dünya bazarında neftin qiyməti büdcədə nəzərdə tutulan qiymətdən 33 faiz bahadır”.
İqtisadçı qeyd edib ki, kommersiya bankları bu günlər dolların satışına məhdudiyyət tətbiq edir:
“Bunu da çirkli pulların yuyulmasının qarşısını almaqla əlaqələndirirlər. Hesab edirəm ki, çirkli pulların yuyulmasını önləmək üçün qanunvericilikdə kifayət qədər tədbirlər var”.
Əli Məsimli söyləyib ki, Mərkəzi Bank kommersiya banklarının bu addımı ilə bağlı tutarlı açıqlama verməlidir.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar