Azərbaycan nefti bu gün neçəyə satılır?
Baxılıb: 935 Tarix: 19-08-2026 10:37

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,27 dollar və ya 3,58% artaraq 94,58 ABŞ dolları olub.
Qeyd edək ki, ötən gün neftimiz 91,31 ABŞ dollarına ticarət olunub.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















